Azərbaycanda kişi 33 yaşlı arvadını qətlə yetirdi

Azərbaycanda kişi 33 yaşlı arvadını qətlə yetirdi
SOSİAL
19:52 07.12.2022
196
Şəmkir rayonunda qətl törədilib.

AZXEBER.COM Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Könüllü kəndində  1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR