Azərbaycanda kişilərə bu hüquq verildi

Azərbaycanda kişilərə bu hüquq verildi
SOSİAL
13:51 08.12.2023
713

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.

AZXEBER.COM xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR