Azərbaycanda kişilərin beş faizi əri olmayan qadına təcavüz edib

Azərbaycanda kişilərin beş faizi əri olmayan qadına təcavüz edib
SOSİAL
23:49 01.12.2018
8897
Azərbaycanda rəsmi və ya qeyri-rəsmi nikahda olmadığı şəxsə qarşı cinsi zorakılıqla bağlı sorğu keçirilib.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat"ında qeyd edilib.

Kişi və qadın respondentlərə həyat yoldaşı olmayan şəxslərə qarşı cinsi zorakılığın törədilməsi və bu cür şəxslərin cinsi zorakılığına məruz qalması halları barədə suallar verilib.

Kişilərin təxminən beş faizi onun arvadı və ya partnyoru olmayan qadını cinsi əlaqəyə nə vaxtsa məcbur etməsi barədə məlumat veribsə (həmin kişilərin 27,6 faizi bunun keçmiş 12 ay ərzində baş verdiyini qeyd edib), qadınların cəmi 0,9 faizi onların əri və ya partnyoru olmayan şəxslə cinsi əlaqədə olmağa məcbur edildiyini bildirib (həmin qadınların 50 faizi bunun keçmiş 12 ay ərzində baş verdiyini qeyd edib).

Eyni zamanda, rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən zorakılıq hallarına məruz qalma və müvafiq cavab tədbirləri kişilərə və qadınlara onların dostu və ya rəfiqəsinin zorakılıq törətdiyi və ya zorakılığa məruz qaldığı hallarda nə vaxtsa şahid olmaları və ya müdaxilə etmələri barədə suallar da verilib.

Kişi respondentlərin 30,3 faizi onların dostları arasında öz arvadlarına qarşı fiziki zorakılıq edənlərin olduğunu etiraf edib. "Siz bu cür fiziki zorakılıq barədə nə düşünürsünüz?" sualına həmin kişilərin 44,5 faizi "Bu, şəxsi məsələdir, mənim işim deyil" cavabı verməklə kifayətlənib, 26,7 faizi bildirib ki, "ərin bunu etmək üçün əsaslı səbəbi var idi", 25,1 faizi "bundan narahat olduqlarını" qeyd edib və yalnız 3,7 faizi bildirib ki, "arvadın nəyisə başa düşməsi üçün ər bunu etməlidir".

Təxminən eyni sayda qadın (32,1 faiz) rəfiqələri arasında öz ərləri tərəfindən fiziki zorakılığa məruz qalanların olduğunu diqqətə çatdırıb. Kişilərdən fərqli olaraq, qadınların çoxu (62,1 faizi) bu cür əməldən narahat olduğunu bildirib, 28,9 faizi bunun şəxsi məsələ olduğunu hesab edib və 9,2 faizi bunun üçün əsaslı səbəbin olduğunu düşünür.

Heç bir qadın respondent arvadın nəyisə başa düşməsi üçün əri tərəfindən mütləq vurulması fikrinin tərəfdarı olmayıb. Öz dostları tərəfindən fiziki zorakılığın törədildiyini və ya öz rəfiqələrinin bu cür zorakılığa məruz qaldığını gördükdə nə etdikləri barədə verilən suala kişi və qadın respondentlər fərqli cavablar veriblər.

Öz həyat yoldaşına qarşı zorakılıq edən dostları olan kişilərin 34,6 faizi və bu cür zorakılığa məruz qalmış rəfiqələri olan qadınların 16,1 faizi "heç nə etmədim, bu, onların problemidir" cavabını verib.

Həm kişilərin, həm də qadınların təxminən dörddə biri (müvafiq olaraq 25,1 və 25,3 faizi) "öz dostlarından/rəfiqələrindən çəkindiyini və ya kənar durduğunu" qeyd edib. Hadisə baş verdikdən sonra dostları/rəfiqələri ilə söhbət etdiklərini kişilərdən çox qadınlar (müvafiq olaraq 22 və 32,2 faiz) bildirib və kişilərin yalnız 18,3, qadınların isə 20,7 faizi hadisə baş verdiyi zaman müdaxilə etdiyini bəyan edib.

Kişilərdən heç kim, qadınların isə yalnız 5 faizi polislə əlaqə saxladığını (1,1 faiz) və ya qonşularını və tanışlarını çağırdığını (4,6 faiz) bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"