"Azərbaycanda kommunal xidmətlərin tarifləri qalxmayacaq"- Nazir müavini

"Azərbaycanda kommunal xidmətlərin tarifləri qalxmayacaq"- Nazir müavini
Bütün Xəbərlər
13:55 14.11.2013
1535

Azərbaycanda kommunal xidmətlərin tarifləri qalxmayacaq. 

Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, bununla bağlı Tarif Şurasına hər hansı bir müraciət daxil olmayıb.

Qeyd edək ki, bəzi KİV-lər Azərbaycanda kommunal xidmətlərin tariflərinin artacağı barədə məlumat yayıblar.(TREND)

OXŞAR XƏBƏRLƏR