Azərbaycanda koronavirus bitir: Niyə əyani təhsilə tam keçid edilmir?

Azərbaycanda koronavirus bitir: Niyə əyani təhsilə tam keçid edilmir?
SOSİAL
13:56 01.04.2022
773
"Artıq yoluxma sayı minimumdadır. Hətta yoluxma 20-dən də aşağı oldu, aktiv xəstə sayı da 300 nəfərə civarında dəyişir. Bütün bunlar onu deməyə əsas verir ki, pandemiya ölkəmizdə bitmək üzrədir. Koronavirusa yoluxma halları dövlət tərəfindən aparılan vaksinasiya prosesi və bu istiqamətdə atılan digər addımlar nəticələrini verir. Əhalinin də məsələyə məsuliyyətlə yanaşması, vaksinasiya prosesindən keçməsi ümumi işıq yolunda öz əksini tapmış ola bilər”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
 
O, qeyd edib ki, əyani davam etməyən dərsləri artıq bərpa etmək mümkündür: "Bütün bunlar onu deməyə əsas verir ki, müvafiq qadağaların – qapalı məkanda maska taxmaq, müvafiq məkanlarda vaksinasiya əleyhinə pasportun tələb olunması məsələlərinin aradan qalxacağı gözlənilir.
 
 
Eyni zamanda ali təhsil müəssisələri və ya orta ixtisas təhsil müəssisələrinin bəzilərində hələ də əyani davam etməyən və ya qismən əyani davam edirdi. Düşünürəm ki, artıq qalan müddəti sırf dərsləri ənənəvi qaydada aparmaq mümkündür. Ən azı aprel ayının yoluxma nəticələrini əsas götürüb may ayından etibarən qalan dövrü dərsləri ənənəvi qaydada aparmaq mümkündür. Hətta qarşıdakı iki-üç həftə ərzində yoluxma daha da aşağı enərsə və aktiv xəstə sayı tamamilə mimimuma düşərsə, hətta aprelin 15-dən sonra da dərsəri ənənəvi qaydada bərpa etmə olar. Artıq bünü etmək zərurətdir, çünki təhsil alanların əyani təhsil almaları daha məqsədəuyğundur”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR