Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi

Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi
SOSİAL
11:27 16.10.2020
394

"Ötən gün Azərbaycanda yoluxma sayı 500-ə çatıb. Yoluxma dinamikası tək ölkəmizdə deyil, dünya ölkələrində də müşahidə edilir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

O bildirib ki, bu gün ölkədə reanimasiyada 113 xəstə var, onlardan 13-ü süni tənəffüs aparatına qoşulub. 

O qeyd edib ki, dünyada 38 milyondan çox adam COVID-ə yoluxub ki, onlardan bir milyondan çoxu ölüb.

OXŞAR XƏBƏRLƏR