Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-ya çatdı

SOSİAL
16:28 09.04.2020
2823
Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

OXŞAR XƏBƏRLƏR