Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı açıqlandı

SOSİAL
18:49 30.05.2020
345
Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Operativ Qərargahın məlumatında deyilir.

Onlardan 3327 nəfər müalicə olunaraq sağalmış, 61 nəfər vəfat etmiş, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

OXŞAR XƏBƏRLƏR