Azərbaycanda koronavirusdan sağalanların sayı 2 741-ə çatdı

SAĞLAMLIQ
16:22 25.05.2020
1108
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. 

OXŞAR XƏBƏRLƏR