Azərbaycanda koronavirusla bağlı müraciətlər artıb

SOSİAL
13:00 12.07.2020
492
Dünyada koronavirusa yoluxanların 5 faizi xəstəliyi daha kritik, ağır keçirir. Həmin xəstələrin "ölümlə olum" arasındakı mübarizəsi reanimasiya şöbəsində gedir.
Dövlətimizin gördüyü tədbirlərlə mart-aprel aylarında xaricdən gələn yoluxma hallarının qarşısı alındı. Mayın ortalarından etibarən, xüsusilə iyunda daxili yoluxma nəticəsində xəstələrin sayı artdı. Ölkəmizdə gündəlik 500-dən çox yoluxma faktı qeydə alınır. Onlardan 10 faizə qədərində ağırlaşma, orqan çatmazlığı müşahidə olunur. Yoluxma sayı artdıqca, ağır xəstələrin sayı da artır.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, əvvəlki aylara nisbətən vətəndaşlar koronavirusla əlaqədar həkimlərə, tibb müəssisələrinə vaxtında müraciət edirlər. Bu hal, xüsusilə son bir ayda daha çox nəzərə çarpır: "Vətəndaşların əksəriyyəti vəziyyətin ciddiliyini anlayır və erkən müraciətin ağırlaşma hallarının qarşısını aldığını bilirlər. Ona görə vaxtında müraciət halları xeyli artıb. Bu, müsbət haldır. Yay aylarında yüksək qızdırma, soyuqlama, qrip kimi hallarla çox rastlaşmamışıq. Bu, daha çox yaz-payız aylarında qeydə alınır. Ona görə də belə hal müşahidə olunarsa, pandemiya davam etdiyi üçün COVID-19-dan şübhələnməli və həkimə müraciət etməliyik. Vaxtında müraciət xəstəliyə erkən müdaxilə etməyə imkan verir. Əlbəttə ki, virusa yoluxanlar, xüsusən də gənclər, yəni 30 yaşadək olanlar xəstəliyi 70-80 faiz rahat keçirirlər. Lakin kimin immun sisteminin hansı statusda olduğu bəlli deyil. Bu xəstəliyin ağırlaşması və ölümlə nəticələnməsini nəzərə alaraq həkimə, tibb məntəqələrinə vaxtında müraciət etmək lazımdır".

Klinikanın şöbə müdiri bildirib ki, koronavirus, yəni SARS-CoV-2 bizim orqanizmimizə yad virusdur. Elmə məlum olan teorilərə görə, indiyədək heyvanlarda yaşayıb, sonra onlardan insan orqanizminə keçib: "Orqanizmimizin immun sistemi bu virusu tanımır. Ona görə də bu ikisi arasında ciddi mübarizə başlayır. Orqanizmimiz virusu yad bir cisim kimi qəbul edir və immun sistemimiz onu öldürməyə çalışır. Bəzən isə immun defekti olan insanlarda bu, baş vermir. Hətta gənc yaşda olan, heç bir xəstəliyi olmayan xəstənin immun sistemi virusa qarşı anormal reaksiya verə bilər, sepsis, kəskin respirator dispress sindromu, multiorqan çatışmazlığına səbəb olan vəziyyət yaranar. Bunu koronavirus çox rahatlıqla törədə bilər. İmmun sistemimiz həmin virusu tanımadığından onu orqanizmdən uzaqlaşdıra bilmir.

COVID-19 ciddi bir virusdur, ağırlaşa, hətta septik şok, sepsis, kəskin respirator dispress sindrom kimi öldürücü tablolara səbəb ola bilər. Təbii ki, ən çox ağciyərlər hədəfə alınır və kəskin respirator dispress sindrom yaranır. Nəticədə ağciyərlərdə iltihab başlayır. İltihabi maye havanı alıb-verən ağciyər alveollarına daxil olur, nəticədə ağciyərlər maye ilə dolub ağırlaşır, havanın alıb-verilməsi pozulur. Bu da boğulma, nəfəs darlığı, nəfəs ala bilməməyə səbəb olur.

İnsan oksigeni alıb karbonu verə bilmirsə, bu, digər orqanları zədələyir, orqanizmin məhvinə səbəb olur. Koronavirusun törətdiyi proseslər bütün vacib orqanları zədələyir.

Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alan orqan çatışmazlıqları olan, ağırlaşmış xəstələrə simptomatik, patogenetik və dəstək müalicəsi ilə vaxt qazandırmağa çalışırıq. Bununla onların orqanizmlərinin, hüceyrələrinin ölümünün qarşısını alırıq. Çalışırıq ki, orqanizm bərpa olunsun, özü mübarizə aparsın. Koronavirus həmin ağırlaşmalara səbəb olanda sağalma müddəti 14-15 gün təşkil edir. Zədələnən orqanların, xüsusilə ağciyərin bərpasına ən azı 14 gün lazımdır. Sağalma müddətinin uzun, yoluxanların sayının çox olması, xüsusilə ağır xəstələrin sayının artması, həmin virusun yeni bir xəstəlik olması, onun əleyhinə tam effektiv dərmanların olmaması COVID-19-la mübarizəni bir qədər çətinləşdirir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

16:00 13.08.2020

Los-Anceles polisi konsulluq qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verdi

15:41 13.08.2020

Atasına yas mərasimi keçirən oğul cərimələndi - Foto

15:32 13.08.2020

Azərbaycan hərbçiləri Moskvaya yola düşdü

15:29 13.08.2020

Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!

X Mostbet