Azərbaycanda koronavirusa yoluxanların çoxu qadındır - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxanların çoxu qadındır - RƏSMİ
SOSİAL
17:18 15.04.2020
1579
"Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6sı süni nəfəs aparatına qoşulub".

AZXEBER.COM xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir.

R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:

"Bu günə qədər 75 337 test edilib. Ölüm sayı 13-dür. Bu günə ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb".
OXŞAR XƏBƏRLƏR