Azərbaycanda kredit kartlarının sayı 720 minə çatıb

İQTİSADİYYAT
11:00 08.10.2013
1324

Sentyabrın 1-nə Azərbaycanda kredit kartlarının sayı 720 minə çatıb.

AZXEBER.COM-un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu da ilin əvvəli ilə müqayisədə 76 % artım deməkdir.Bildirək ki, bu müddətdə kredit kartları ilə 143 mln. manat həcmində 967 min əməliyyat həyata keçirilib.Hesabata əsasən sentyabrın 1-nə ölkədə cəmi ödəniş kartlarının sayı 5 mln. 331 min ədəd təşkil edib. Bunun isə 2 mln. 429 min ədədi sosial kartlar, 1 mln. 388 min ədədi əmək haqqı kartları, 794 mini isə digər kartları olub.

OXŞAR XƏBƏRLƏR