Azərbaycanda ləğv edilən qadağaların - SİYAHISI

Azərbaycanda ləğv edilən qadağaların - SİYAHISI
SOSİAL
14:25 25.05.2021
1512
Bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar elan edilib. 

AZXEBER.COM xəbər verir ki, yumşaldılmaların bəziləri 2021-ci ilin mayın 31-dən və  bəziləri isə iyunun 10-dan etibarən qüvvəyə minəcək. 

Mayın 31-dən etibarən:

- Açıq havada maska qadağası ləğv edilir;

- Metro açılır;

- Rayonlara və şəhərlərə avtobusların fəaliyyəti bərpa edilir.

10 iyundan etibarən: 

- Məscidlər açılır;

- İdman zalları açılır;

- Çimərliklər açılır;

- Mall-lar açılır.
OXŞAR XƏBƏRLƏR