Qonşu Ermənistanda isə bu filmin nümayişindən imtina ediblər.
Azərbaycanda Ermənistanda qadağan olunmuş qalmaqallı film nümayiş olunacaq.
Kann festivalının Qızıl yarpağı mükafatını qazanmış “Adelin həyatı” adlı filmi yeni əsrin sevgisi haqqında ən zərif film adlandırırlar.
Mədəniyyətdə LGTB-yə (Lesbiyan, gey, transseksual və biseksuallar) təzyiqlərdən qorxuya düşmüş ictimaiyyət bu təqdimatı ehtiyatla qarşılayır.
Oxu.Az bfm.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Mədəniyyət Nazirliyi “Adelin həyatı” adlı iki qızın münasibətindən bəhs edən filmi təqdim edib. Distribütorlar nazirliyə üç ay əvvəl müraciət ediblər və bu yaxınlarda prokat üçün sənədləri alıblar.
Bundan başqa, bildirilir ki, filmi Ukrayna, Belorus, Gürcüstan və Azərbaycanda da nümayiş etdirəcəklər.
Ermənistan isə “Adelin həyatı” filminin nümayişindən imtina edib.
Filmin süjeti seksuallığın təşəkkülü, yetkinləşmə, ilk sevgidən bəhs edir. Film 3 saat davam edir. Fransa bu film boks-ofisin ilk pilləsindən start götürüb: təqdimat həftəsində filmə 260 mindən çox insan baxıb.
Diqqət, yaşı 18-ə çatmayan şəxslərin video və fotoşəkillərə baxması qadağandır.