Azərbaycanda ölüm səviyyəsi azalıb – STATİSTİKA

Azərbaycanda ölüm səviyyəsi azalıb – STATİSTİKA
SOSİAL
17:34 18.06.2022
178
Bu il ərzində Azərbaycanda ölüm səviyyəsi azalıb. 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Qeyd edilib ki, cari ilin yanvar-aprel ayları ərzində ölkədə 23748 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,0-dan 7,2-yə düşüb. 

Qeyd olunan müddət ərzində isə ölkə üzrə doğulan körpələrin sayı 40036 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb. 

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 faiz 
olub. Körpələrdən 1144-ü əkiz, 60-ı isə üçəm doğulanlardır.
OXŞAR XƏBƏRLƏR