Azərbaycanda mağazadan 4 880 manat dəyərində ət oğurlandı

Azərbaycanda mağazadan 4 880 manat dəyərində ət oğurlandı
SOSİAL
11:51 23.12.2023
199
Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən xəbərə görə, bu barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR