Azərbaycanda manatın dizaynı dəyişməyəcək

Azərbaycanda manatın dizaynı dəyişməyəcək
İQTİSADİYYAT
14:00 15.08.2013
2009

“İnstagram Azerbaijan” Facebook sosial şəbəkəsindəki səhifəsində bu gün manatın yeni dizaynı ilə bağlı yayılan şəkillərə görə üzr istəyib.

AZXEBER.COM xəbər verir ki, səhifədə bir qədər əvvəl yerləşdirilən manatın sadə bir dizaynerin əl işi olduğu qeyd olunub:“Bu heç də yeni 2014 dizaynı deyil. Dezinformasiyaya görə üzr istəyirik”.Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksləri olan 1, 5, 10, 20, 50, 100 manatlıq əskinasların şəkilləri yayılıb.Mərkəzi Bank artıq bu xəbəri təkzib edib.Bankdan bildirilib ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur.Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əskinasların tədavülə buraxılması planlaşdırılmır”.

OXŞAR XƏBƏRLƏR