Azərbaycanda manatla bağlı PROQNOZ - Devalvasiya OLACAQ?

Azərbaycanda manatla bağlı PROQNOZ - Devalvasiya OLACAQ?
İQTİSADİYYAT
00:36 26.01.2024
1431
Son 10 gündə neftin dünya bazar qiymətində 6% azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən "Brent” markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb.

Qeyd edək ki, "Brent” markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2022-ci il ərzində 27,1 faiz artaraq 2023-cü ilin 1 yanvarına 8 milyard 995,7 milyon ABŞ dolları həddinə çatıb. Qurumun açıqladığı məlumatdan aydın olur ki, indiki məbləğ 2021-ci il dekabrın 1-i ilə müqayisədə 12,9 faiz artım deməkdir. Mərkəzi Bank həmçinin bildirir ki, bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 17 milyard 460,3 milyon manat təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 4,5 faiz çoxdur. Lakin 2022-ci il ərzində ölkədə pul bazası son 1 ildə isə 2,7 faiz azalıb.

Ötən gün isə ABŞ-nin sabiq Prezidenti Donald Tramp Amerikada keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün partiyasından namizədliyini irəli sürüb. Artıq Tramp Nyu-Hempşir ştatında keçirilən ilkin seçkilərdə rəqibi Nikki Heyliyə qalib gələrək Respublikaçılar Partiyasının namizədi olmağa bir addım da yaxınlaşıb. Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi üçün verdiyi vədlərdən biri də neftin qiymətini 30-40 dollara enəcəyi olub.

Bəs dünya bazarında neft ucuzlaşarsa, Azərbaycanda devalvasiya baş verə bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a bildirib ki, neftin qiymətində həmişə siyasi faktorların təsirləri olub:

"ABŞ da dünyada ən çox neft idxal edən dövlətlər kimi neftin qiymətlərinin yüksək olmasında maraqlı tərəf kimi çıxış etməyib. Bu baxımdan təbii ki siyasi təsirlər var, amma çox qısa zamanda neftin dünya bazar qiyməti 30 dollara düşüb və uzun müddət o səviyyədə qalması yalnız siyasi təzyiqlərlə mümkündür. Çünki OPEC, yəni neft ixrac edən ölkələrin olduğunu açıqlayıb. Xüsusən Rusiya ABŞ-la heç də xoş olmayan münasibətdədir. Rusiya ən çox neft hasil edən 3 ölkədən biridir”.

Deputat qeyd edib ki, yeni dünya iqtisadiyyatını nəzərə alsaq, Amerikanın neft bazarına təsiri əvvəlki illərə nisbətən bir qədər azalıb. Onun sözlərinə görə, neftin 30 dallara qədər enməsi və uzun müddət belə qalması indiki reallıqlara görə olduqca çətindir: "Xüsusən nəzərə alsaq ki, Brent markalı neftin hər bareli 80 dollardan baha satılır. Bütün bunlarla yanaşı Azərbaycan neft ölkəsi olaraq neft bazarındakı istənilən şoklara hazır olmalıdır. 2023-cü ilin yekunları da göstərir ki, Azərbaycan üçün ən vacib prioritet neftdən asıllığın minumumlaşdırılması və iqtisadi inkişafın daha çox qeyri-neft sektoru hesabına əldə edilməsidir”.

Neftin qiymətində baş verəcək kəskin azalmalar Azərbaycana daxil olan valyutanın azalmasına gətirib çıxarır. Neftin qiymətinin yüksək olması isə ölkəyə daha çox valyuta gətirir. Amma bütün bunların fonunda təbii ki neftdən asıllığın minimumlaşdırılması və iqtisadi dəyərin qeyri-neft sektoru hesabına formalaşdırılması vacibdir – deyə Vüqar Bayramov əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir