Azərbaycanda toy korteci böyük marağa səbəb olub. Görüntülər Tovuz rayonu Quşçu kəndində çəkilib.
Rayon sakinləri toy mərasimində bəy və gəlinə dəstək vermək üçün kortecə traktorla gəlib. Bu hal ətrafdakı insanların marağına səbəb olub.
Adətən bahalı avtomobillərin müşayiət etdiyi kortecdə bu dəfə traktorlar "at oynadıb".