Hazırda bütün mağazalar idxal məhsullarını yığışdırır.
Bu səhər dolların məzənəsini 50% artması ilə əlaqədər, mağazalar idxal məhsullarını piştaxtadan anbara yollayıb.
ATV.az–ın əməkdaşının Yasmal rayonu, Şərifzadə küçəsi boyunca apardığı araşdırma nətiscəsində bəlli olub ki, artıq heç bir mağaza tütün məhsulları satmır.
Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilib ki, vəziyyət nəzarətdədir.
Monopoliya əleyhinə monitorinqlər davam etdirilir.
Fakitki olaraq, “stok”lardan tütün məhsullarını gizlədən mağazalar məhsulları keçmiş qiymətə almalarına rəğəmən, gizlətməklə yeni qiymətlərlə satışa çıxarmağı hədəfləyirlər.