Azərbaycanda maskalı şəxslər İTV-nin əməkdaşının evinə basqın etdi

Azərbaycanda maskalı şəxslər İTV-nin əməkdaşının evinə basqın etdi
MEDİA
11:42 13.08.2016
1701

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İnformasiya Departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə maskalı şəxslərbasqın edib.

S.Bayramov“Report”a açıqlamasında deyib ki,hadisə ötəngecə saat 00.30 radələrində baş verib.

O qeyd edib ki,Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşənevinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidib: "Uşaqlara dedim ki, aşağıdan səs gəlir, baxın görün kimdi.Qapıdan çıxan kimi uşaq qışqırdı ki, evdə adam var. Həmin vaxt dərhal otaqdan çıxdım".

Otaqdan çıxan ev sahibi pilləkəndə maskalı və qara geyimli şəxslə qarşılaşıb: "Maskalı şəxs əlində nəsə tutmuşdu.Onun üstünə getmək istəyəndə arxadan kiminsə “davay gedək” deyə çağırdığınıeşitdim. Ona görə də ehtiyat etdim.Əlimə ütü keçdi və onu vurmaq istədim. Aşağı düşüb çöl qapını açdım, gördüm heç kimyoxdu.Qonşuları köməyə çağıranda artıq çıxmışdı.Qonşu da hasarın üstünə çıxdı və heç kiminolmadığını dedi. Düşündüm ki, hələ evdədirlər. Lakin evdə heç kim yox idi və ortalıq dağınıq vəziyyətdə idi. Son olaraq hamama girdim. Gördüm dəmir barmaqlıqları kəsib ordan evə daxil olublar və elə ordan da qaçıblar".

Evindən hansı əşyaların aparıldığını dəqiq bilmədiyini deyən jurnalistdeyib ki, mənzilindəpulu olmayıb: "Ancaq uşaqlara aid hansısa əşyanı apara bilərlər".

O qeyd edib ki, hadisə barədə dərhal "102"yə məlumat verib: "Sulutərpə qəsəbəsində yerləşən 40-cı bölmədən polis əməkdaşları gəldilər. Ardınca daekspertlər əl izləri götürüblər. Hazırda faktla bağlı araşdırma aparılır".

OXŞAR XƏBƏRLƏR