Azərbaycanda maskalı şəxslər qoca nənəni güllələdilər

KRİMİNAL
12:24 22.03.2014
2730

Ötən gecə Lənkəran şəhərində güllələnmə hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, maskalı şəxslər 60 yaşlı şəhər sakini Sürəyya Tağı qızı Tağıyevanın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilinə girərək, odlu silahdan atəş açmaqla onu baldır nahiyəsindən yaralayıblar. Hadisə zamanı 1954-cü il təvəllüdlü qadının 16 yaşlı nəvəsi də yanında olub.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən S.Tağıyeva orada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

OXŞAR XƏBƏRLƏR