Azərbaycanda məhkəmə binasında qan töküldü

Azərbaycanda məhkəmə binasında qan töküldü
Bütün Xəbərlər
10:30 30.07.2015
1669
Göygöl rayon sakini özünü bıçaqlayıb.
APA-nın verdiyi məlumata görə, hadisə Göygöl Rayon Məhkəməsində qeydə alınıb.
Rayonun Çaykənd kənd sakini, 1991-ci il təvəllüdlü Məhəbbət Uğurluyev Göygöl Rayon Məhkəməsinin icra qrupuna çağırılaraq, 700 manat aliment borcu olduğu və pulu ödəmədiyi təqdirdə barəsində hüquqi tədbir görüləcəyi bildirilib. Bu zaman M. Uğurluyev bıçaqla özünə xəsarət yetirib. Qarnın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən M. Uğurluyevin vəziyyətinin orta ağır olduğu bildirilir
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR