Azərbaycanda məktəb direktoru iş otağında damarlarını doğradı

Azərbaycanda məktəb direktoru iş otağında damarlarını doğradı
11:24 06.04.2013
1295
Göygöl rayonunun Yeni Qızılca Stansiyası kənd orta məktəbinin direktoru damarlarını kəsərək intihara cəhd edib.Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, məktəb direktoru, 1964-cü il təvəllüdlü Fəxrəddin Abbasov sol biləyinin dərin kəsilmə diaqnozu ilə tibb müəssisəsinə daxil olub. Qan itirən xəstəyə tibbi yardım göstərilib və onu həyata qaytarmaq mümkün olub.Məlumata görə, məktəb direktoru olan Gəncə şəhər sakini Fəxrəddin Abbasov işlədiyi orta məktəbdə iş otağının qapısını bağlayaraq intihar etmək istəyib. Bu məqsədlə sol bilək damarlarını kəsib. Qapını qırıb içəri daxil olan məktəbin işçiləri onu dərhal xəstəxanaya çatdırıblar.Göygöl rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. İntihara cəhdin səbəbləri müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR