Azərbaycanda məktəb direktorunun qoyunlarını canavar parçaladı

Azərbaycanda məktəb direktorunun qoyunlarını canavar parçaladı
SOSİAL
10:46 08.04.2019
3364
Ağdaş rayonunda canavarlar xırda buynuzlu heyvanları parçalayıb.

AZXEBER.COM-un ONA-ya istinadla verdiyi xəbərə görə, ötən gün rayonun Yenicə kənd orta məktəbinin direktoru Cəmil İbrahimova məxsus qoyunlar örüş sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb.

Yırtıcılar 2 baş qoyunu öldürüb, 3 baş qoyunu yaralayıb. Məlumata görə, iki gün öncə kəndin daha iki sakininə məxsus 7 baş qoyun canavar hücumuna məruz qalaraq tələf olub.

OXŞAR XƏBƏRLƏR