Xırdalan 1 nömrəli tam orta məktəbinin müəllimi Aisə Adıgözəlova vəfat edib. AZXEBER.COM xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında paylaşım edilib. Məlumata görə, ingilis dili müəllimi qısasürən xəstəlikdən dünyasını dəyişib.