Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü
SOSİAL
15:28 21.10.2021
4503
Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

AZXEBER.COM xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
APA
OXŞAR XƏBƏRLƏR