Azərbaycanda məktəbdə meyit tapıldı

Azərbaycanda məktəbdə meyit tapıldı
SOSİAL
15:45 02.03.2023
401
Ağstafada orta məktəbdə meyit tapılıb. 

AZXEBER.COM "lent.az”a istinadən xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Qəsəbə kənd orta məktəbində kişi meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun məktəbin gözətçisi 53 yaşlı Veys Sadıxov olması müəyyən edilib. 

Mühafizəçinin ölüm səbəbi hələlik məlum deyil. 

Faktla bağlı araşdırılma aparılır.
OXŞAR XƏBƏRLƏR