Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdi

Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdi
SOSİAL
16:48 23.04.2019
12265
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə "Ölkə.Az"ın redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub.  

İddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlanılıb.

Direktor belə bir hadisədən xəbərdar olmadığını bildirib.

1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir. 
OXŞAR XƏBƏRLƏR