Azərbaycanda Məlikməmməd və Ziba haqda film çəkildi - VİDEO

Azərbaycanda Məlikməmməd və Ziba haqda film çəkildi - VİDEO
MAQAZİN
13:33 02.05.2017
1577
Ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynov olan "Məlikməmməd və Ziba" komediyası mayın 11-dən kino həvəskarlarına təqdim ediləcək.
 
 AZXEBER.COM-un məlumatına görə, "ilin ən bomba komediyası" kimi təqdim edilən ekran işinin çəkilişləri Mingəçevir və Bakı şəhərlərində aparılıb. Komediyanın süjet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, komik vəziyyətlərdədən ibarətdir.
 
"Məlikməmməd və Ziba” komediyasında Nofəl Şahlaroğlu, Qorxmaz Əlilicanzadə, Əzizağa Əzizov, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Fatma Mahmudova, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, İntiqam Soltan və başqaları çəkilib. Filmin quruluşçu operatoru İlkin Şirinli, baş prodüser Ruslan Zeynalovdur. "Məlikməmməd və Ziba” komediyasının Qala gecəsi mayın 9-u Flame Towers Baku Park Cinemada keçiriləcək.
 
Mayın 11-dən isə tamaşaçılar filmi şəhərin kinoteatrlarında izləyə biləcəklər.
 
OXŞAR XƏBƏRLƏR