Azərbaycanda məmur əməliyyatdan sonra öldü

SOSİAL
14:01 17.10.2019
7389
Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı əməliyyatdan sonra ölüb.

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, rayonun Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb. R. Rüstəmovun ayağı iki yerdən sınıb.

O, Ağcəbədi rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı olunub. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR