Ağdaş rayon sakini itgin düşüb.
AZXEBER.COM-un məlumatına görə Ağdaş rayon sakini və hazırda Göyçayın Ərəbcəbirli kəndində yaşayan Nargilə Hümbətova Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, birgə yaşadığı oğlu, 1982-ci il təvəllüdlü Hümbətov Seymur Cümşüd oğlu martın 25-də axşam saatlarında namaz qılmaq üçün Göyçay şəhərindəki Əbülfəs məsçidinə gedib və bir daha geri qayıtmayıb. O
nun hər gün 3 dəfə məsçidə gedərək ibadət etdiyi bildirilir. Subay olan Seymur Hümbətovun evdən çıxarkən əynində qara şalvar və gödəkcə, mavi köynək, ayağında idman ayaqqabısı və başında papaq olub.
Hazırda Göyçay rayon Polis Şöbəsinin əməkdaşları onun tapılması üçün axtarış həyata keçirirlər.