Azərbaycanda məşhur jurnalist həbs edildi - FOTO

Azərbaycanda məşhur jurnalist həbs edildi - FOTO
SOSİAL
21:25 26.01.2023
500
Tanınmış jurnalist Aydın Canıyev (Can) həbs edilib.

AZXEBER.COM "pravda.az”a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, jurnalist Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs olunub.

Belə ki, Aydın Can haqqında jurnalist Eynulla Fətullayev Baş Prokurorluğa müraciət edib. Prokurorluğun təqdimatı əsasında ona inzibati tənbeh tətbiq edilib.

Eynulla Fətullayev sosial şəbəkədə paylaşımında qeyd edib ki, Aydın Can onu "Facebook"da təhqir edib. O, bu qərara görə Baş Prokurorluğa və məhkəməyə təşəkkür edib.
 

 


OXŞAR XƏBƏRLƏR