Azərbaycanda məşhur qida məhsullarında virus aşkarlandı - VİDEO

Azərbaycanda məşhur qida məhsullarında virus aşkarlandı - VİDEO
SOSİAL
23:28 19.09.2018
8378
Azərbaycana qida məhsulları idxal edən bir sıra məşhur şirkətlərə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi xəbərdarlıq edilib.

AZXEBEF.COM xəbər verir ki, bu barədə REAL-a müsahibəsində AQTA-nın Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib.

Onun sözlərinə görə, həmin məhsullar ölkəyə idxal olunarkən AQTA-nın müvafiq laboratoriyalarında müayinə olunub və sınaq nəticələrinə əsasən qeyd olunan məhsullarda bir sıra nöqsanlar - bakteriyalar aşkar edilib.

Fərid Əmirov qeyd edib ki, insan orqanizmi üçün təhlükəli olan bu məhsullar sentyabrın 22-dək bütün ticarət şəbəkələrindən yığışdırılmalıdır. Bununla bağlı həmin məhsulları idxal edən şirkətlər AQTA-ya müraciət etməlidir.
AQTA rəsmisi uşaqların qidalanmasında daha çox istifadə olunan və bakteriyalar aşkarlanan həmin məhsulların adlarını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR