Azərbaycanda məşhur şirkətin adı FETÖ qalmaqalında - Sensasion iddia

Azərbaycanda məşhur şirkətin adı FETÖ qalmaqalında - Sensasion iddia
SOSİAL
16:27 02.09.2016
3828
Ötən ayın 15-də Türkiyədə hərbçilərin dövlət çevrilişinə uğursuz cəhdindən sonra qardaş ölkədə genişmiqyaslı əməliyyat-istintaq prosesi başlayıb. Çevriliş cəhdinin arxasında hazırda ABŞ-da yaşayan Fətullah Gülənin dayandığı iddia olunur. Ona görə də Gülən tərəfdarlarına qarşı böyük bir əməliyyat həyata keçirilir.Gülənçilərin Türkiyədə təmsil olunduqları bütün mövqelərdən uzaqlaşdırıldıqları, əksəriyyətinin həbsə atıldığı məlumdur. Hazırda Türkiyədə minlərlə hərbçi, iş adamı, təhsil işçisi, həkim, prokuror, hakim, idmançı, iş adamı və s. Fətullahçı Terror Örgütünün üzvləri kimi və qiyama cəhddə iştirakçı qismində (qısa adı FETÖ) həbsdədir. Bir xeyli şəxs isə həbssiz istintaq altındadır.Bu əməliyyat artıq Azərbaycana da gəlib çatıb. Dövlət qurumlarında çalışan FETÖ-çülərin işdən çıxarılması haqda mətbuatda kifayət qədər məlumatlar var. FETÖ araşdırmaları çərçivəsində Azərbaycanda “Zaman” qəzeti, Qafqaz Universiteti, ANS kanalı qapadılıb.Avqustun 17-də məlum olub ki, Qafqaz Universitetində çalışmış, universitet qapadılandan sonra onun bazasının təhvil verildiyi Bakı Ali Neft Məktəbindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub. Müəllimlərin işdən çıxarılması rəsmi olaraq “müqavilə müddətlərinin bitməsi” ilə izah edilsə də, prosesin FETÖ araşdırmaları çərçivəsində gerçəkləşdirildiyi deyilir.Bugünlərdə Azərbaycan Baş Prokurorluğu FETÖ-çülərə qarşı cinayət işi başlanması haqda rəsmi məlumat yaydı. Maraqlıdır ki, cinayət işinin başlanması haqda rəsmi məlumatda heç bir ad çəkilmir, hətta hansı maddələrlə cinayət işi başlandığı da məxfi saxlanılır.“Yeni Müsavat” qəzetinə daxil olan məlumata görə, adların çəkilməməsi, maddənin açıqlanmaması FETÖ-çülərin Azərbaycandakı qruplaşmasına daxil olanları duyuq salmamağa görədir. Artıq bir neçə şəxsin istintaqa çağırılaraq dindirilməsi haqda məlumatlar var. Prosesin yarımgizli şəkildə aparılması kimlərsə duyuq salıb ölkədən qaçmağa sövq etməməyə hesablanıb. Gələn məlumatlara görə, 10-a yaxın FETÖ tərəfdarının ölkədən çıxışına qadağa qoyulub. Həmin şəxslər ölkə sərhədlərini aşmağa çalışdıqları zaman onlara STOP qoyulduğunu biləcəklər.Bu proses hər ötən gün genişlənir. Əslində Azərbaycanda FETÖ araşdırmaları 2 il əvvəldən başlayıb.2014-cü ildə Bakıda FETÖ daha çox “Xidmət Hərəkatı” kimi tanınırdı və ardıcılları hələ o vaxt hədəfə gəlmişdilər. Məsələ o dövrdə kimlərinsə qandallanmasına qədər gedib çıxmadı.Hazırda isə durum fərqlidir. Türkiyədə FETÖ-çülərin hərbçilərin çiyinləri üzərində dövlət çevrilişinə cəhd etməsi ölkənin hüquq-mühafizə orqanlarını onlara qarşı genişmiqyaslı, daha sərt şəkildə addımlar atılması əmrinin verilməsini şərtləndirib.Türkiyə ilə yanaşı, FETÖ-çülərin sıza bildikləri bütün dövlətlərdə belə araşdırmalar gedir və Azərbaycanda da artıq cinayət işi başlanıb. FETÖ-çülərin ölkəmizdə bir çox sahələrdə özlərinə mövqe tutmaları haqda məlumatlar illərdir ki, dövriyyədədir. İş dünyasında da FETÖ-çülərin olması yeni xəbər deyil.Azərbaycanın bir neçə iri şirkətinin adı Fətullah Gülən örgütü ilə bu və ya digər şəkildə işbirliyində hallanır. Redaksiyamıza daxil olan məlumata görə, belə şirkətlərdən biri də tikinti sektorunda istehsal etdiyi mal çeşidlərinə görə inhisarçı mövqeyə sahib olan “Mətanət-A” şirkətidir. İstintaqçıların bu şirkətin qapısına dayandıqları da gələn məlumatlar sırasındadır. Türkiyə tərəfindən Azərbaycan tərəfinə bu şirkətlə bağlı araşdırma aparmaq, hətta lazım gələrsə, həbsləri gerçəkləşdirmək xahişinin gəldiyi də bildirilir.“Mətanət A” şirkətinin adı vaxtaşırı yerli mətbuatda neqativ planda xatırlansa da, şirkət rəsmilərinin “Xidmət Hərəkatı” ilə əlaqələri haqda məlumatlar ilk dəfədir ki, yayılır. Məsələn, 2013-cü il noyabrın 26-da “Yeni Müsavat” qəzetində “”Mətanət A" şirkəti ittihamlara cavab verə bilmədi" sərlövhəli yazı dərc edilib. Həmi yazıda şirkətin prezidenti Elxan Bəşirovla qardaşı olan vitse-prezidenti Fuad Bəşirovun şirkətdə dözülməz mühit yaratdıqlarından söhbət açılır.Bu yazıdan 2 il əvvəl, 2011-ci ilin oktyabrında “Yeni Müsavat”da “”Mətanət-A" ilə işçisi arasında pul qalmaqalı" sərlövhəli yazıda şirkətin işçisinə əmək haqqını ödəməkdən yayındığı diqqətə çatdırılırdı.“Mətənat-A” rəhbərlərinin Fətullah Gülən şəbəkəsinə bağlılığı haqda hər hansı bir məlumatlar yox idi. Şirkət rəhbərliyi illərlə özünü Azərbaycanın nüfuzlu generallarından birinin qohumu kimi qələmə verirdi. Gələn məlumatlar onu söyləməyə əsas verir ki, əslində şirkət rəhbərliyinin gücü Türkiyədə şəbəkələşmiş FETÖ-çülərlə əlaqələrə söykənirmiş.F.Gülən şəbəkəsinin əsas özəlliklərindən biri gizliliyin çox ciddi şəkildə qorunmasıdır. Elə bu gizliliyi təmin etmək üçün “Xidmət Hərəkatı”nın üzvlərinə ifşa olunmamaları üçün istənilən addımı atmaq, yerli hakimiyyətlərin yanında yer almaq, hətta lazım gəlsə, Fətullah Gülən əleyhinə danışmağa, bu topluma məxsus bütün dəyərlərdən imtina etməyə icazə verilir. Təşkilatdan kimsə ifşa olunarsa, “Xidmət Hərəkatı”nın ciddi ziyan görməməsi üçün Pensilvaniyaya bağlı çoxlu sayda şəbəkələr qurulur və onların biri digərindən xəbərsiz olur.Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.Gununsesi.info-nun əməkdaşı cinayət işində kimlərin adının keçməsi ilə bağlı sualla Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edib. Xidmət rəhbəri Eldar Sultanov iş üzrə barələrində cinayət təqibi başladılan şəxslər haqda məlumat verməyib. E.Sultanov bunu istintaq sirri adlandırıb: “Əgər məsləhət olsaydı, Cinayət Məcəlləsinin müvafiq maddələrinin adını yazardıq. Deməli, bu, məqsədəuyğun deyil”.Siyahıda ictimai əhəmiyyət kəsb edən tanınmışlardan kimlərin adının olmasına gəlincə, E.Sultanov qeyd edib ki, bu, istintaq sirridir:“Bu haqda məlumatsızam. Əgər kiminsə belə şəxslər haqda məlumatı varsa, onların adlarını deməklə istintaqa yardım etmiş olacaq. Belə şəxslərə hədiyyə də veriləcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Messi və Suares futbol klubu təsis ediblər
02:50 28.05.2025
Messi və Suares futbol klubu təsis ediblər
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
02:27 28.05.2025
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
01:49 28.05.2025
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik