Azərbaycanda molla qəbiristanlıqda öldü

Azərbaycanda molla qəbiristanlıqda öldü
SOSİAL
15:22 22.03.2022
409
Azərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə yasin oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa yasin oxumağa çağırılıbmış.

Əslən Yardımlı rayonundan olan mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.
OXŞAR XƏBƏRLƏR