Azərbaycanda müəllim oğurluq etdi - Borca görə

KRİMİNAL
00:09 20.11.2015
2756
Sumqayıt şəhəri ərazisində ingilis dili müəllimi və tərcüməçi olan şəxs oğurluq edib.AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər sakini Leyla Cəlilova evindən pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Pənahoğlu Fyodorov yaxalanıb.Evi qarət edən Ceyhun mənzilə quraşdırılmış mühafizə kameralarının təsvirləri əsasında ifşa olunub. Uzun müddət inglis dili müəllimi və tərcüməçi işədiyini deyən Ceyhun Fyodrov oğurluğa borclarını ödəmək üçün əl atdığını deyib.Ceyhun, zərərçəkmiş Leyla Cəlilovanın uşaqları ilə birlikdə evdən çıxıb məktəbə yollanmalarını gördükdən sonra mənzilə pəncərədən daxil olub və oradan pul və qızıl aparıb.

OXŞAR XƏBƏRLƏR