Azərbaycanda müəllim və əri faciəvi şəkildə öldü

Azərbaycanda müəllim və əri faciəvi şəkildə öldü
SOSİAL
10:40 08.04.2023
10236
Gədəbəydə ər və arvad dəm qazından boğularaq ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində fərdi yaşayış evlərindən birində baş verib. Kənd sakinləri 64 yaşlı Oktay Əliyev və həyat yoldaşı 61 yaşlı Məryəm Məmmədovanın yaşadıqları evdə meyiti tapılıb.

Qeyd edək ki, hər iki şəxs Moruqlu kənd orta məktəbinin işçiləri olub. M.Məmmədova müəllimə, O.Əliyev isə texniki işçi kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR