Azərbaycanda müğənnilərin bazarı ölüb - Onları heç kim toya çağırmır

MAQAZİN
23:35 05.09.2015
6091
Azərbaycanda payızın gəlişi ilə toy mövsümü də başlayıb. İstirahət mövsümü bitəndən sonra evlərdə şənliklər davam edir.
AZXEBER.COM-un məlumatına görə, bu mövsüm toylarda məşhur müğənnilərə tələbat kəskin azalıb. Belə ki, ötən aylara qədər toya-toy deməyən məşhurların bazarı ölüb. Buna səbəb toy yiyələrinin müğənnilərdən imtina etməsidir. Restoranlar da öz növbələrində toylarda məşhur müğənniləri deyil, gənc ifaçılara üstünlük verir. 
Araşdırmamız nəticəsində məlum oldu ki, buna səbəb müğənnilərin həddindən artıq çox pul tələb etməsi olub. Belə ki, müğənni Abbas Bağırov bütün toyu 20 min manata oxuduğunu deyib. Bu isə orta statistik bir nəfərlik stolun qiyməti 40 manat olan ev sahibi üçün katastrofik qiymətdir. Təkcə Abbas Bağırovu toya çağırmaq üçün ev yiyəsi 500 qonağın yer pulunu ona verməlidir. Müğənni Lalə Məmmədova isə bütün toy üçün 8 min manat tələb edir. 
Mətbuatda pornoqrafik şəkilləri və açıqlamaları ilə gündəmə gələn Afaq Aslan isə yarım saatına 1500 manat tələb edir. Ancaq bu heç də real rəqəm deyil, belə ki, ancaq 18+ şəkilləriylə yadda qalan müğənniyə heç bir toy sahibi o qədər pul verməz. 
Qiyməti dağ başında olan müğənnilərdən biri də Günay İbrahimlidir. O bütöv toy üçün 8 min manat tələb edir. Maraqlıdır ki. illərin sənətkarları, xalq artistləri heç Günay qədər "göynən getmir". Günayın özünə bu qiymət qoyması heç şübhəsiz ki. təəcüblü deyil. Mətbuata saymazyana münasibəti, həmkarlarını aşağılaması ilə yadda qalan müğənniyə dur deyənin olmaması onun özünü bu yerə gətirməsinə səbəb olub. Ancaq puluna qənaət edən heç bir ev sahibinin də Günaya 8 min manat verməyəcəyi hər kəsə hava-su kimi aydındır. 
Son olaraq qeyd edə bilərik ki, bütün bu səbəblərdən məşhurları toyunda görmək istəyənlərin sayı kəskin azalıb. Bunun başqa bir səbəbi də müğənnilərin sosiallaşmaması, xalqa yuxarıdan aşağı baxmasıdır. Bundan başqa məşhurların canlı mahnı ifa edə bilməməsi də, onları toylardan uzaqlaşdıran səbəblərdəndir. Fonoqramla toyu "yola verən" müğənnilərimiz xalqın təlabatını ödəmir. Məhz bu səbəblərdən də restoranlarında yalnız məşhur mahnı müsabiqələrinin iştirakçıları ifa edir, gənclər məşhurları "kölgədə qoyur".
Mikayıl,AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR