26 avqust tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon
İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan
Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və
sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya
Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya
Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali
Trobolisinin iştirakı nəzərdə tutulur.
Respublikamızın mədəniyyətinin və milli kulinariyasını təbliğ etmək
məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli
mürəbbə çeşidləri hazırlanıb rayona səfər edən yerli və xarici qonaqlar
üçün nümayiş olunacaq.
Xatırladaq ki, artıq 5-ci dəfə keçiriləcək Qəbələ Mürəbbə Festivalında
iştirak edən xarici ölkələrin nümayəndələrinin sayının ildən-ilə
çoxalması ölkəmizin, o cümlədən Qəbələnin beynəlxalq nüfuzunun artmasına
və turizmin inkişafına səbəb olur.