Azərbaycanda nağdsız əməliyyatlar stimullaşdırılacaq

Azərbaycanda nağdsız əməliyyatlar stimullaşdırılacaq
İQTİSADİYYAT
12:10 07.01.2013
2345

Azərbaycanda nağdsız əməliyyatların stimullaşdırılması, nağd dövriyyənin isə məhdudlaşdırılması gözlənilir. Bu, Vergi Məcəlləsində dəyişikliklərin təsdiqlənməsi barədə dövlət başçısının fərmanında nəzərdə tutulub.

Fərmana əsasən, Vergilər Nazirliyi ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədi ilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayaraq Azərbaycan prezidentinə təqdim etməlidir.//APA

OXŞAR XƏBƏRLƏR