Azərbaycanda naməlum obyekt göründü

MARAQLI
13:47 24.01.2012
2407

AZXEBER.COM-un Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, Bərdədə yenə də naməlum obyekt görünüb. Bu dəfə naməlum obyekt Bərdənin Mustafaağlı kəndinin üzərində peyda olub. "Uçan boşqab" kənddə yaşayanMusayevlərə məxsus həyətdə səhər saat 8:00 radələrində görünüb. Evinin pəncərəsində işartını görən ev sahibi onun nə olduğunu öncə müəyyənləşdirməkdə çətinlik çəkib. Bir müddət şüaları müşahidə edən ev sahibi sonradan onu telefonunun yaddaşına köçürməyə nail olur. Amma çəkildiyini "hiss edən" naməlum obyekt telefonun sönməsinə və yoxa çıxmağa nail olur. Kənd sakinləri isə eyni obyektin ötən gün axşamdan kəndin ətrafında göründüyünü deyirlər.

OXŞAR XƏBƏRLƏR