Azərbaycanda narkotacirlərin və narkoman qadınların sayı artıb

Azərbaycanda narkotacirlərin və narkoman qadınların sayı artıb
SOSİAL
11:41 17.08.2019
3962
2019-cu ilin 6 ayı ərzində narkotiklərlə əlaqədar 2310, o cümlədən narkotik vasitələrin satışı məqsədilə 707 cinayət aşkar edilərək qanunsuz dövriyyədən 810 kiloqram narkotik vasitə çıxarılıb.

AZXEBER.COM statistik göstəricilərə istinadən xəbər verir ki, bu dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1535 nəfər cinayət törədib. Onlardan 1008 nəfəri (65,7 faizi) işsiz və təhsili olmayan, 399 nəfəri (26 faizi) əvvəllər cinayət törətmiş şəxs, 21 nəfər isə (1,4%) qadın olub.

2018-ci ilin müvafiq dövründə isə bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1162 nəfərdən 1009-u (86,8 faiz) əmək qabiliyyətli, işləməyən və təhsilsiz, 453-ü (39 faiz) əvvəllər cinayət törətmiş şəxs, 14-ü (1,2 faiz) isə qadın olub.

Ümumiyyətlə, Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı da artıb.

Səhiyyə Nazirliyinin açıqladığı son rəqəmlərə görə, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı ildə 612-si, 2017-ci ildə isə 595-i qadın olub. 2018-ci ildə isə narkotik aludəçisi olan qadınların sayı artaraq 626 nəfərə çatıb.

2018-ci ildə yeni qeydiyyata alınan 1995 narkomanın 35-i (2017-ci ildə 26, 2016-cı ildə 29) qadın olub.

Ümumilikdə narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur.

Belə qadınların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçisidir.

Nazirlik bildirir ki, qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti iki aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətlərinə görə narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha sürətlə qurşanırlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
13:23 30.10.2026
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
13:18 30.10.2026
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
13:02 30.10.2026
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
12:53 30.10.2026
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?