Azərbaycanda narkotik vasitələrin satışının təşkil edildiyi şəhər və rayonlar AÇIQLANDI

Azərbaycanda narkotik vasitələrin satışının təşkil edildiyi şəhər və rayonlar AÇIQLANDI
KRİMİNAL
16:49 17.08.2021
754
"Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əlimizdəki faktlara əsasən daha çox narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinin, satışının təşkil olunduğu yer Bakı şəhəridir”.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu deyib.

Onun sözlərinə görə, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi daha çox Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında təşkil edilir:

"Həmin rayonlarda istifadəçi sayı da daha artıqdır. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin rayonlarda narkotik vasitələrin satışını təşkil edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müvafiq tibb müəssisələrinə yerləşdirilməsi ilə bağlı tədbirlər görülür və daha da artırılıb”.

DİN rəsmisi bildirib ki, bölgələrdə də əməliyyat-axtarış tədbirləri həyata keçirilir:

"Cənub bölgəsində də narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və istifadəsini həyata keçirən şəxslər daha çoxdur. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə bağlı olan Cənub bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Həmin yerlərdə əməliyyat şəraiti nəzarət altında saxlanılır”.

N.Aydınoğlu Gəncə şəhərində də narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil edildiyi hallarının çox olduğunu diqqətə çatdırıb:

"Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə bağlı olan Qərb bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.

Sumqayıt şəhərində də daha çox narkotik vasitələrin istifadəsini təşkil edən şəxslər var:

"Orada da narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir”, - DİN rəsmisi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN ölkənin Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması xəbərini təkzib edib
20:22 03.05.2025
Türkiyə XİN ölkənin Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması xəbərini təkzib edib
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
20:02 03.05.2025
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü
19:37 03.05.2025
Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü
6 bal gücündə zəlzələ oldu
19:24 03.05.2025
6 bal gücündə zəlzələ oldu
"Şamaxı" "Səbail"lə heç-heçə etdi
19:13 03.05.2025
"Şamaxı" "Səbail"lə heç-heçə etdi
Rusiya səfiri: “3+3” formatı çərçivəsində növbəti görüşlər Yerevan və Bakıda keçirilməlidir
19:04 03.05.2025
Rusiya səfiri: “3+3” formatı çərçivəsində növbəti görüşlər Yerevan və Bakıda keçirilməlidir
İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib
18:45 03.05.2025
İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib
Arzu Əliyeva Əshabi-Kəhf ziyarətgahında - FOTO
18:34 03.05.2025
Arzu Əliyeva Əshabi-Kəhf ziyarətgahında - FOTO
Bakı metrosunda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb
18:18 03.05.2025
Bakı metrosunda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb
Elçin Əmirbəyov Qvatemalanın XİN rəhbəri ilə görüşdü - FOTOLAR
18:10 03.05.2025
Elçin Əmirbəyov Qvatemalanın XİN rəhbəri ilə görüşdü - FOTOLAR
Abşeronda müəllim borca görə özünü öldürdü
17:48 03.05.2025
Abşeronda müəllim borca görə özünü öldürdü
Netanyahunun təyyarəsi Türkiyədən keçəcək? - AÇIQLAMA
17:35 03.05.2025
Netanyahunun təyyarəsi Türkiyədən keçəcək? - AÇIQLAMA
Putin: Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq
17:17 03.05.2025
Putin: Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq
"Xətai rayonunda enerji təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur" - "Azərişıq"
17:03 03.05.2025
"Xətai rayonunda enerji təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur" - "Azərişıq"
Putin İlham Əliyevə məktub göndərdi
16:35 03.05.2025
Putin İlham Əliyevə məktub göndərdi
"Yaxın gələcəkdə gözlədiyimiz F-16-lar var" - Zelenski
16:27 03.05.2025
"Yaxın gələcəkdə gözlədiyimiz F-16-lar var" - Zelenski