Azərbaycanda nazir çimərliyi təmizlədi - FOTOLAR

SOSİAL
18:30 20.09.2020
2247
Avropa İttifaqının çimərliyin təmizlənməsi tədbiri "Təmiz Dəniz səndən başlayır!” şüarı altında keçirilib.

AZXEBER.COM xəbər verir ki, 19 sentyabr tarixində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup keçirib.

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri səfir Kəstutis Yankauskas və Latviya Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Dainis Garançs tədbirdə iştirak ediblər.

Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Avropa İttifaqının Azərbaycanda həyata keçirilən layihələrinin, Gənc Avropa Səfirlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), AzEkol şirkətinin, EkoSfera Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və gənc könüllülər tədbirdə iştirak etmişlər.
Tədbirdə Sumqayıt şəhərinin Corat qəsəbəsi sahil ərazisində 5 ha ərazi plastik tullantılardan təmizlənib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Məqsəd Abşeron çimərliklərindən birinin sadəcə gözəl qalması və təmizlənməsi deyil, həm də media və ictimaiyyətin diqqətini dənizin çirklənməsi və plastik tullantılarla bağlı çətinliklərə cəlb etməkdir.

Tədbir pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq təhlükəsiz şəkildə sosial məsafəyə riayət etməklə təşkil edilib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:39 23.10.2020

Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb

23:23 23.10.2020

Müdafiə Nazirliyi: “PUA-larımız Ermənistan üzərində uçmur”

23:18 23.10.2020

Azərbaycanın dörd şəhərində binalarda yeraltı qaraj mərtəbəsi tikiləcək

23:08 23.10.2020

Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”

23:07 23.10.2020

"Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi"

22:59 23.10.2020

Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu - Rusiyalı politoloq

22:35 23.10.2020

Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTO

22:18 23.10.2020

Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib

22:03 23.10.2020

“Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi məlumatı xülyadır”

21:58 23.10.2020

“Ordumuz Xankəndi və Xocavəndi atəşə tutmur”

21:53 23.10.2020

Seyid Abbas Musəvi: “İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir”

21:34 23.10.2020

Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

21:21 23.10.2020

Azərbaycanda yaşayan erməni qadın ölkəmizdə ona olan münasibəti türkiyəli jurnalistlərə danışdı - VİDEO

21:08 23.10.2020

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu

20:55 23.10.2020

Tural Gəncəliyev: "Separatçıların liderinin Putinə məktubu etik normalardan kənardır"

20:41 23.10.2020

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ