Azərbaycanda nazir müavini koronavirusa yoluxdu

Azərbaycanda nazir müavini koronavirusa yoluxdu
SOSİAL
11:10 06.04.2021
953
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə koronavirusa yoluxub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”a Nazirlikdəki mənbə məlumat verib.

Məlumata görə, PCR testinin nəticəsi "müsbət" çıxmış E.Vəlizadə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti sabitdir.

Xatırladaq ki, 1964-cü il təvəllüdlü E.Vəlizadə 2007-ci ildən nazir müavinidir.
OXŞAR XƏBƏRLƏR