Azərbaycanda nə qədər 'facebook' istifadəçisi var? - SON MƏLUMAT
MARAQLI
14:33 07.03.2012
3143
Azərbaycanda məşhur “Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayı 702 min 400-ə çatıb. “socialbakers.com” internet resursunun məlumatına görə, Azərbaycan “Facebook” istifadəçilərinin sayı üzrə reytinqdə bu il yanvarda 91-ci yerdə idisə, indi 87-ci mövqedə qərarlaşıb. Ümumiyyətlə, son altı ayda Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 211 mindən çox artıb. Hazırda Azərbaycanda bu sosial şəbəkə istifadəçilərinin 64 faizi kişi, 36 faizi isə qadındır.