Azərbaycanda nə vaxtdan sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər? - VİDEO

Azərbaycanda nə vaxtdan sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər? - VİDEO
SOSİAL
01:13 23.03.2026
152
Avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatında avtonom - yəni sürücüsüz texnologiyaların tətbiqi gözlənilir. Bu, 2026-2028-ci illəri əhatə edən fəaliyyət planında nəzərdə tutulub.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, sürücüsüz nəqliyyat vasitəsinin tətbiqi texnoloji baxımdan mümkün olsa da, bu proses mərhələli şəkildə həyata keçiriləcək.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, hazırkı qanunvericilik avtonom, yəni sürücüsüz nəqliyyat vasitələrinin idarə oluhnmasına uyğun gəlmir. Mövcud qanunvericilik sürücü anlayışı üzərində qurulub. Yəni ölkədə  sürücüsüz avtomobillərlə bağlı hüquqi bazanın və qanunvericiliyin yaradılmasına böyük ehtiyac var.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə qeyd edir ki, artıq dünyada süni intellekt və rəqəmsal həllər nəqliyyat sisteminin idarə olunmasında geniş tətbiq edilir.

Mütəxəssislərin sözlərinə görə, sürücüsüz nəqliyyat vasitələri ilkin mərhələdə logistika və çatdırılma sahəsində tətbiq edilə bilər. Daha sonra isə qapalı məkanlarda, anbarlarda, hava limanlarında istifadəsi genişləndirilməsi mümkündür. Açıq yollarda istifadəyə gəlincə isə, bunun üçün həm qanunvericilik bazası təkmilləşdirilməli, həm də test mərhələləri uğurla başa çatmalıdır.

Ekspertlərin sözlərinə görə, bütün bu proseslər tamamlandıqdan sonra 3-4 il ərzində Azərbaycanda yollarda sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər.

OXŞAR XƏBƏRLƏR