00:21 şənbə, 21 Sentyabr 2019
KRİMİNAL

Azərbaycanda nəçə elektron qolbaq daşıyan məhkum var?

23:47, 27.12.20185609
Azərbaycanda nəçə elektron qolbaq daşıyan məhkum var?
Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır. 

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə dekabrın 27-də "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilmiş kollegiya iclasında məlumat verilib. 

Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb.

XƏBƏR LENTİ