xari

Azərbaycanda neftin daşınma tarifi artırılıb

İQTİSADİYYAT
13:36 11.01.2012
2143
Azərbaycanın Tarif Şurası neft kəmərləri ilə neftin daşınması qiymətini 1 ton xam neftin nəqli üzrə hazırki 2,6 manat tarifindən 6,0 manat (ƏDV-siz) səviyyəsinədək artırıb. Bu barədə Şuranın saytında çərşənbə günü dərc olunmuş məlumatda deyilir.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müraciəti əsasında qəbul edilən yeni tariflər 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minib.Tarifin artırılması Şimal İxrac Boru Kəmərinin Neft Kəmərləri İdarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti ilə bağlıdır.Tarif Şurasından Trend-ə bildirilib, neftin daşınma tarifinin artırılması ilə əlaqədar benzinin və dizel yanacağının bahalaşması gözlənilmir.

OXŞAR XƏBƏRLƏR